
Sabah axşam saatlarından yanvarın 12-si səhər saatlarına qədər hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu, "Sahibkartv.az”-ın sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.
Məlumata görə, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.
Məlumata görə, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.


































