Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda elektrik avadanlıqlarının istehsalı 37 %-dən çox artıb

Baxış: 168


Azərbaycanda elektrik avadanlıqlarının istehsalı 37 %-dən çox artıb
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 200,3 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 37,1 % artıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 1,2 % azalıb.
Bu barədə “Sahibkartv.az”a Dövlət Statistika Komitəsindən bildirilib.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,1 dəfə artıb, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 41,2 % azalıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.