Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ötən ilin 11 ayında Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 8 % artıb

Baxış: 286



Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 110,1 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 7,7 %, rezin və plastik kütlə məmulatlarının istehsalında 6 %, kimya sənayesi məhsullarının istehsalında isə 2,7 % artıb.
Bu barədə “Sahibkartv.az”a Dövlət Statistik Komitəsindən bildirilib.
Eyni zamanda rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 61,5 %, kimya sənayesi məhsullarından metanol (metil spirti) istehsalı 43,3 %, lak-boya məmulatlarının istehsalı 15,8 % artıb, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 35 % azalıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.