Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Bu il ümumi daxili məhsulumuz rekord həddə çatıb"

Baxış: 180


Azərbaycan iqtisadiyyatı 2022-də təxminən 5% artıb

"Bu il ümumi daxili məhsulumuz rekord həddə çatıb" 


2022-ci ildə Azərbaycan iqtisadiyyatı təxminən 5%, qeyri-neft sektoru da təxminən 9% artıb.
Sahibkartv.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.


Prezident qeyd edib ki, Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) rekord səviyyəyə - 130 milyard manata çatıb.
"Əgər bu ilin iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, postpandemiya dövrü üçün nəticələr qənaətbəxşdir. İqtisadiyyat təxminən 5 faiz artıb, qeyri-neft sektorunda 9 faizdən çox artıb. Bununla bərabər, bizim ümumi daxili məhsulumuz bu il rekord həddə – 130 milyard dollara çatıb. Bu, tarixi nailiyyətdir. Bununla paralel olaraq bizim xarici dövlət borcumuz xeyli azalıb. Bu vəzifəni bir neçə il bundan qabaq mən hökumət qarşısında qoymuşdum ki, bizim xarici borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olmalıdır. Keçən il 17 faiz idi, bu ilin son nəticələrinə görə 9,5 faizdir. Müqayisə üçün deyə bilərəm ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100, 120, hətta 150 faizini təşkil edir. Yəni, biz tamamilə beynəlxalq maliyyə institutlarından asılı deyilik", - İlham Əliyev müraciətində bildirib.
Keçən xarici dövlət borcunun ümumi daxili məhsulda xüsusi çəkisi azalaraq 2020-ci ilin sonundakı 17%-dən 9,5%-ə geriləyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.