Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sofiya Ankara ilə Türkiyə terminallarına və qaz kəmərlərinə çıxış haqqında müqavilə imzalayacaq

Baxış: 268


Sofiya Ankara ilə Türkiyə terminallarına və qaz kəmərlərinə çıxış haqqında müqavilə imzalayacaq
Bolqarıstanın “Bulgargaz” şirkəti çərşənbə axşamı Türkiyənin “Botaş” dövlət şirkəti ilə mayeləşdirilmiş qaz terminallarına və Türkiyənin qaz nəqli şəbəkəsinə çıxış haqqında müqavilə imzalayacaq. 
“Sahibkartv.az” xəbər verir ki, bu barədə Bolqarıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Çərşənbə axşamı hökumət binasında müqavilə imzalanacaq, bunun sayəsində “Bulgargaz” Türkiyənin dövlət enerji şirkəti “Botaş”ın terminallarına və qaz nəqli şəbəkəsinə çıxış əldə edəcək. Müqavilə 13 il müddətinə bağlanacaq”, - məlumatda deyilib.
Rəsmi mərasimdə Bolqarıstanın energetika naziri Rosen Xristov və enerji və təbii sərvətlər naziri Fatih Dönmez iştirak edəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.