Day, Month 00, Year
00: 00: 00 AM
Gömrük ərazisindən aparılması müvəqqəti tənzimlənən malların siyahısı dəyişib



Nazirlər Kabineti “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” 18 mart 2022-ci il tarixli qərarında dəyişiklik edib.
"Sahibkartv.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların siyahısı dəyişib.
 ƏvvəlSonra
0402-dənQatılaşdırılmış və ya şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş süd və qaymaqQatılaşdırılmış və ya şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş süd və qaymaq (milk shake və sundae istisna olmaqla)
Qrup 11 (1106 30 və 1108 12 000 0 istisna olmaqla)Unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda özüUnüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda özü (08-ci qrupdakı məhsullardan narın və qaba üyüdülmüş un və toz, qarğıdalı nişastası istisna olmaqla)
1201, 1206 00, 1207 21 000 01207 29 000 0, 1208, 1209 10 000 01209 21 000 0, 1209 22, 1209 91, 1209 99, 1213 00 000 0, 1214Yağlı toxumlar və bar; Digər toxumlar, bar və dən; Dərman bitkiləri və texniki bitkilər; Saman və yemXırdalanmış və ya xırdalanmamış soya paxlaları; xırdalanmış və ya xırdalanmamış günəbaxan toxumları; toxumluq və digər pambıq toxumları; xardal toxumlarından başqa, yağlı bitkilərin toxumlarından və ya barlarından narın və qaba üyüdülmüş un; əkin üçün şəkər çuğunduru toxumları; qarayonca toxumları; üçyarpaq yonca toxumları; tərəvəz bitkilərinin toxumları; digər bitkilərin toxumları; emal olunmamış, xırdalanmış və ya xırdalanmamış, üyüdülmüş və ya üyüdülməmiş, preslənmiş və ya qranullar şəklində taxıl samanı və küləşi; qranullaşdırılmış və ya qranullaşdırılmamış şalğam, pazı (yarpaq çuğunduru, manqold), yem meyvəköklüləri, ot, qarayonca, yonca, qəpikotu, yem kələmi, acıpaxla və ya lupin, lərgə və analoji yem məhsulları
1516 20-dənBitki piyləri və yağları və onların fraksiyalarıBitki piyləri və yağları və onların fraksiyaları (pambıq yağı istisna olmaqla)
Qrup 23 (2308 00 900 0 və 2309 10 istisna olmaqla)Yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yemYeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yem (digər başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən, qranullaşdırılmış və ya qranullaşdırılmamış heyvan yemi üçün istifadə edilən bitki mənşəli məhsullar, bitki tullantıları və qalıqları və əlavə məhsullar, pərakəndə satış üçün qablaşdırılmış it və ya pişik yemləri istisna olmaqla)
"Qərar bir sıra ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkədən aparılmasına dair tənzimlənmənin əhatə dairəsinin optimallaşdırılması və qüvvədə olma müddətinin uzadılması məqsədilə hazırlanıb. Qərarın qəbul edilməsi ilə iqlim dəyişiklikləri və davam edən geosiyasi proseslərin səbəb olduğu problemlər fonunda əhalinin əsas ərzaq malları ilə təchizatı üzrə stabilliyin qorunub saxlanılması proqnozlaşdırılır", - deyə Nazirlər Kabineti bəyan edib.


Tarix: 29-12-2022, 14:44 Oxunub: 118


Bölməyə aid digər xəbərlər