Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

CASCA+ marşrutu ilə Özbəkistandan Avropaya gedən ilk konteyner qatarı Bakıya çatıb

Baxış: 354


CASCA+ marşrutu ilə Özbəkistandan Avropaya gedən ilk konteyner qatarı Bakıya çatıb
“Asiya-Sakit okean regionu ölkələri - Çin - Qırğızıstan - Özbəkistan - Türkmənistan - Azərbaycan – Gürcüstan - Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu çərçivəsində yaradılan CASCA+ multimodal nəqliyyat marşrutu ilə ilk dəfə olaraq Özbəkistandan Avropaya yola salınan konteyner blok qatarı Bakıya çatıb.
Bu barədə "Sahibkartv.az"a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Konteynerlər Türkmənbaşı limanından Bakı limanına ADY-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC -yə məxsus “Balkan” fider gəmisi vasitəsilə çatdırılıb.
Konteyner qatarı uzunluğu 4000 km-dən çox olan "Özbəkistan - Türkmənistan - Azərbaycan - Gürcüstan - Bolqarıstan/Avropa" marşrutu üzrə hərəkət edəcək.
Mis konsentrantı ilə yüklənmiş qatar Bakıdan Bolqarıstanın Burqas limanına göndəriləcək. Blok qatar hər biri 20 futluq olmaqla 91 konteynerdən ibarətdir.
Məlumat üçün bildirək ki, layihə marşrutun operatorları olan “Oztemiryolkonteyner” AC (Özbəkistan), TULM ASC (Türkmənistan), “ADY Konteyner” (Azərbaycan) və “GR Logistics and Terminals”ın (Gürcüstan) birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Multimodal nəqliyyat layihəsi olan CASCA+ (Mərkəzi Asiya, Cənubi Qafqaz və Anadolu) Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan dəmir yolu qurumlarının birgə təşəbbüsüdür.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.