Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Neft 0,6 % bahalaşıb

Baxış: 249


Neft 0,6 % bahalaşıb
Dünya bazarında neftin qiyməti 0,6 % artıb.
"Sahibkartv.az" xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin fevral fyuçersləri 0,62 % bahalaşaraq 1 bareli 85,02 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 0,63 % artaraq 1 bareli 80,06 ABŞ dolları təşkil edib.
Treyderlər Çin və ABŞ-dan gələn xəbərlərdən sonra bu növ xammala tələbatın artacağını gözləyirlər.
Çin hökuməti 2023-cü il yanvarın 8-dən etibarən ölkəyə gələn şəxslər üçün COVID-19 ilə əlaqədar məcburi karantini ləğv edəcəyini açıqlayıb.
Digər tərəfdən, ABŞ-da sərt şaxtalar ölkə daxilində təbii qaz tədarükünün istehlak normasından 10 %-dək azalmasına səbəb olub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.