Tətbiq olunan məhdudiyyət Yeni il öncəsi daxili bazara necə təsir edəcək?
Bununla bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından (APEPEA) “Sahibkartv.az”a bildirilib ki, ölkədə kifayət qədər quş əti istehsal olunur və hər hansısa bir qıtlıq gözlənilmir:
“Gündəlik istehsal ölkənin tələbatının ödəyəcək dərəcədədir, buna görə də toyuq ətinin qiymətinin bahalaşması gözlənilmir. Əksinə bayram qabağı qiymətlər aşağı endirilib, çünki bayramlardan öncə quş ətinin istehsalı daha da artır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə toyuq əti daha ucuzdu. Sentyabrda 5 manata olan soyudulmuş toyuq hazırda 4,2 manatadır. Anbarlarda məhsulun kifayət qədər olmasının səbəbi soya siropunun idxalında olan ƏDV-nin aradan qaldırılmasıdır, bu da qiymətləri aşağı salıb”.
Assosiasiya hazırda anbarlarda ümumi fabriklər üzrə 12-13 min ton quş ətinin olduğunu qeyd edib.
“Toyuq əti ölkəmizə adətən Gürcüstan, Ukrayna, Belarus və Rusiyadan gətirilirdi. Son dövrlər Gürcüstan və Belarus biraz fəallıq edirdi. Sözügedən ölkələrdən çox ucuz, istehlaka yaramayan, ikinci sort toyuqlar gəlirdi. Adətən bu sort toyuqlar Afrika ölkələrinə göndərilirdi. Belarusdan Azərbaycana gətirilən toyuqların əksəriyyəti ya vaxtı bitmiş halda gətirilirdi, ya da son istifadə tarixinə az müddət qalırdı. Qida Təhlükəsizliyi Agentliyi bunun qarşısını alıb. Əhali hazırda daha çox yerli toyuqlara önəm verdiyi üçün toyuqlar dondurulmuş deyil soyudulmuş vəziyyətdə satışa çıxarılır”, - deyə qurumdan bildirilib.
APEPEA-da hesab edirlər ki, Azərbaycanın nə Ukraynadan, nə də Rusiyadan istər toyuq əti, istərsə də süfrə yumurtasından aslılığımız yoxdur: "Süfrə yumurtalarına ölkə daxilində tələbat 3 milyon ədəd olduğu halda bəzən istehsal 5 milyon ədədə qədər artır. Anbarlarda 50 milyon ədədə qədər yumurta ehtiyatı var. Buna görə də hazırda qoyulan məhdudiyyətin bizim üçün heç bir riski yoxdur.
Məhdudiyyət qoyulan dörd ölkənin Azərbaycan bazarında payı demək olar ki, yoxdur. Gürcüstan üzərindən Azərbaycana gələn quş ətin 50 %-i xarici ölkələrdən sözügedən ölkəyə daxil olan məhsullardır ki, onlar da həmin əti öz istehsalları kimi bizə satırdılar. Hazırda bunların da qarşısı alınıb”.
Xatırladaq ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə qeyd olunan ərazilərdən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə APEPEA ABŞ-ın Ayova və Missuri ştatlarından, Almaniyanın Türingiya və Saksoniya vilayətlərindən, Macarıstanın Haydu-Bihar inzibati ərazi vahidindən və Çexiyanın Orta Çexiya diyarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət edib.
Sahibkarlar üçün Alternativ İnvestisiya Platformaları
18:00 / 22-02-2025
Süni İntellekt və Robotika Kənd Təsərrüfatında
17:44 / 22-02-2025
Rəqəmsal Marketinq və Sahibkarlar Üçün Yeni Perspektivlər
17:22 / 22-02-2025
Qida Təhlükəsizliyində Biotexnologiyanın Yeni Dövrü
16:39 / 22-02-2025
Beynəlxalq Sahibkarlar Üçün 2025-ci İldə Qlobal İmkanlar
16:16 / 22-02-2025
Heyvandarlıqda Alternativ Protein Mənbələri
15:41 / 22-02-2025
Fermerlər üçün Rəqəmsal Kooperativlər
15:18 / 22-02-2025
Narçılıqda Avtomatlaşdırılmış Məhsul Yığımı
14:46 / 22-02-2025
Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Yaponiyada Pilotsuz Kombaynlar Kənd Təsərrüfatında İnqilab Yaradır
17:39 / 21-02-2025
Argentinada Fındıq İstehsalı Üçün Yeni Genetik Növlər Sınaqdan Keçirilir
17:30 / 21-02-2025
Hindistanda Ekoloji Təmiz Süd Məhsullarına Maraq Artır
17:13 / 21-02-2025
Azərbaycana toyuq ətinin idxalına tətbiq edilən qadağa qiymətlərə necə təsir edəcək?
Bölməyə aid digər xəbərlər
ABŞ-ın Ayova və Missuri ştatlarında, Almaniyanın Türingiya və Saksoniya vilayətlərində, Macarıstanın Haydu-Bihar inzibati ərazi vahidində və Çexiyanın Orta Çexiya diyarında yüksək patogen quş qripi xəstəliyinin yayılması səbəbindən qeyd olunan ölkələrdən Azərbaycana quş əti və məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.
Tarix: 26-12-2022, 17:56 Oxunub: 175
Bölməyə aid digər xəbərlər
4-10-2022, 10:15
Emin Əliyev: “Azərbaycanda “təbii” adı ilə satılan məhsulların heç biri orqanik deyil”
16-08-2022, 17:05
Qlobal buğda bazarındakı qeyri-müəyyənik Azərbaycana necə təsir edəcək?
6-07-2022, 15:00
Azərbaycanda quş ətləri nazirliyin laboratoriyasında yoxlanılacaq
12-05-2022, 12:55
"Qiyməti 50 sent olan 1 günlük cücələrin Azərbaycana idxalını 25 sentə rəsmiləşdirirlər"
4-05-2022, 15:35
Quş əti istehsalçıları 6 aylıq yem ehtiyatı yaratmaq istəyirlər - Fondun kredit ayırmasını təklif etdilər
24-04-2022, 11:30
Ölkədə pomidorun bahalaşmasının səbəbləri açıqlanıb
12-04-2022, 15:14
Azərbaycana quş yemlərinin idxalının ƏDV-dən azad edilməsi təklif edilir
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
4-02-2022, 16:46
Azərbaycana diri toyuqların gətirilməsinə qadağa qoyuldu
17-10-2021, 11:59
Dünya bazarında “ağ qızıl” bahalaşır: Bu fakt Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - ARAŞDIRMA+FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
30-12-2020, 13:23
“Toyuqçuluq və yumurtaçılıq” mövzusunda Azərbaycan və Türkiyə arasında dəyirmi masa keçirilib
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
7-12-2020, 11:01
Balıq istehlakı zamanı yarana biləcək təhlükələr
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO