Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xəzəryanı ölkələr qara kürünün ixrac kvotasından imtina edib

Baxış: 172


Xəzəryanı ölkələr qara kürünün ixrac kvotasından imtina edib
Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran 2023-ci il üçün qara kürünün ixrac kvotasının müəyyən olunmaması barədə qərar qəbul edib.
"Sahibkartv.az"ın Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinə istinadən xəbər verir ki, bu barədə qərar Xəzər dənizinin su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın 6-cı iclasında qəbul edilib.
Xatırladaq ki, 1992-ci ildə Xəzər dənizinin su bioloji ehtiyatları üzrə qurumlararası komissiya işə başlayıb, 2014-cü ildə isə Həştərxanda “Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” saziş imzalanıb. Komissiya “Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” 29 sentyabr 2014-cü il tarixli sazişin həyata keçirilməsi məqsədilə yaradılıb

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.