Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hulusi Akar: “Taxıl müqaviləsi” çərçivəsində məhsulların ixracı 15 milyon tona çatıb”

Baxış: 179


Hulusi Akar: “Taxıl müqaviləsi” çərçivəsində məhsulların ixracı 15 milyon tona çatıb”
“Dekabrın 24-nə “Taxıl müqaviləsi” üzrə 15 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edilib”.
“Sahibkartv.az” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, Rusiya, Ukrayna, Türkiyə və BMT iyulun 22-də “Taxıl müqaviləsi” adlı sazişlər paketi imzalayıb. Sazişlərin birinci hissəsi Ukrayna limanlarından məhsulların ixracına, ikinci hissəsi isə Rusiya mallarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına aiddir.
Noyabrın 18-də müqavilənin müddəti daha 4 ay müddətinə uzadılıb. Eyni zamanda BMT Rusiya mallarının tədarükünün qarşısının alınmaması üzrə tədbirlər görüləcəyini vəd edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.