Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 20 % artıb

Baxış: 189


Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 390,7 milyon manat kredit verilib.
“Sahibkartv.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 7,5 % azalaraq 350,4 milyon manata düşüb.
Ötən 11 ayda İKZF istiqraz buraxmaqla 375 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 87,5 % çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,9 % artaraq 95,2 milyon manata çatıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.