Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan MDB-də ən böyük "investisiya idxalçıları" arasında ilk beşliyə daxil olub

Baxış: 189


Azərbaycan MDB-də ən böyük investisiya idxalçıları arasında ilk beşliyə daxil olub
2022-ci ilin birinci yarısında MDB-yə cəlb olunmuş qarşılıqlı birbaşa xarici investisiyaların strukturunda 4,2 milyard ABŞ dolları həcmi ilə Azərbaycan dördüncü yerdədir.
“Sahibkartv.az”ın məlumatına görə, bu barədə Avrasiya İnkişaf Bankının analitik materialında deyilir.
Siyahıya Qazaxıstan (10,8 milyard ABŞ dolları), Özbəkistan (9 milyard ABŞ dolları) və Belarus (5,6 milyard ABŞ dolları) başçılıq edir.
Beləliklə, 2022-ci ilin birinci yarısının yekunlarına görə, Qazaxıstanın Avrasiya məkanında qarşılıqlı birbaşa xarici investisiyalar idxalında payı 24,3 %, Özbəkistanın isə 20,1 % təşkil edib. İnvestisiyaların idxalının həcminə görə növbəti yerləri 12,6 %-lə Belarus və 10,6 %-lə Azərbaycan tutur: “2016-cı illə müqayisədə strukturda dəyişikliklər əhəmiyyətlidir. Ukraynanın payı 3dəfə - 12 %-dən 4 %-ə qədər azalıb. Ən böyük artım Özbəkistanda olub - 11,7 %-dən 20,1 %-ə qədər”.
Gürcüstan və Ermənistanın hər birinə isə 3,2 milyard ABŞ dolları sərmayə qoyulub.
Rusiya sərmayəsinə gəlincə, bu ölkənin investorları Qazaxıstanla yanaşı, Özbəkistan və Azərbaycana da kapital qoyuluşlarını fəal şəkildə artırırlar. Son 6 ildə Rusiyanın Özbəkistanda birbaşa investisiyaları 2,1 dəfə, Azərbaycanda isə 1,7 dəfə artıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.