Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Çuvaşiyada kəmərin partlaması Avropada təbii qazın kəskin bahalaşmasına səbəb olub

Baxış: 245


Çuvaşiyada kəmərin partlaması Avropada təbii qazın kəskin bahalaşmasına səbəb olub
Avropada təbii qazın birja qiymətləri min kubmetr üçün 1258 dollara və ya 1 MVt/saat üçün 114,33 avroya yüksəlib.
“Sahibkartv.az” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, bahalaşma Urenqoy-Pomarı-Ujqorod magistral qaz kəmərində partlayışın baş verməsi haqqında xəbərlərdən qaynaqlanır.
Belə ki, Avropanın ən likvid habı hesab olunan TTF-də (Niderland) qazın yanvar fyuçerslərinin qiyməti 1185,69 dollar təşkil edib. Fyuçerslərin günə 1148 dollar səviyyəsində başladığını nəzərə alsaq, günün əvvəlindən qiymət artımı 5%-i ötüb.
Çuvaşiya Respublikası Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qaz kəmərində baş vermiş yanğın artıq aradan qaldırılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.