Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ADB: “Azərbaycanda manatın məzənnəsinin 2026-cı ilə qədər sabit qalacağı gözlənilir”

Baxış: 201


ADB: “Azərbaycanda manatın məzənnəsinin 2026-cı ilə qədər sabit qalacağı gözlənilir”
Azərbaycanda ən azı 2026-cı ilə qədər milli valyutanın ABŞ dollarına bağlılığının saxlanacağı gözlənilir, çünki manata təzyiq xeyli azalacaq, Dövlət Neft Fondunun aktivləri isə xarici valyutaya tələbi qarşılamaq üçün kifayət edəcək.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) hesabatında deyilir.
Bank Azərbaycan Mərkəzi Bankının inflyasiyaya nəzarət etmək üçün 2017-ci ildə milli valyutanı ABŞ dollarına bağlılığının 1,7 manat səviyyəsində müəyyən etdiyini xatırladıb.
ADB-nin proqnozlarına görə, Azərbaycanda inflyasiya 2022-ci ildə 5,2 %, 2023-cü ildə 4 %, 2024-cü ildə 3,3 %, 2025-ci ildə 2,9 %, 2026-cı ildə 3,2 % olacaq. 2021-ci ildə ölkədə istehlak qiymətlərinin artımı 11,5 % təşkil edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.