Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan parlamenti Türkiyə ilə imzalanan sazişi ratifikasiyaya çıxarıb

Baxış: 281
Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan və Türkiyə hökumətləri arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.
"Sahibkartv.az" xəbər verir ki, sənəd barədə komitə sədri Tahir Rzayev məlumat verib.
O, bildirib ki, 15 maddədən ibarət saziş bu il noyabrın 4-də Bakı şəhərində imzalanıb. Sazişin məqsədi ölkələr arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlığı inkişaf etdirmək və bitkiçilik məhsullarının ticarət və mübadiləsini asanlaşdırmaqdır. Sənədə uyğun olaraq, karantin nəzarətində olan materialların ixracı, idxalı və tranziti dövlətlərin qanunvericiliyi ilə müəyyən olunan qaydada sərhəd-buraxılış məntəqələri vasitəsilə həyata keçirilir, həmçinin fitosanitar nəzarəti zamanı karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, idxalçı tərəf yoluxmanı aradan qaldırmaq, yoluxmuş malları zərərsizləşdirmək və ya ixrac edən tərəfə geri qaytarmaq üçün tədbirlər görür.
Deputatlar qanun layihəsini baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.