Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazir: "Bu il Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində müsbət tendensiyalarla yadda qalır"

Baxış: 216


Nazir: Bu il Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində müsbət tendensiyalarla yadda qalırMikayıl Cabbarov 
Bu il Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində müsbət tendensiyalarla yadda qalır.
“Sahibkartv.az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.
"İqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi qeyri-neft sektorunda yüksək dinamika ilə nəticələnir", - M. Cabbarov qeyd edib.
Nazir bildirib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 13,054 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 % çoxdur.
Hesabat dövründə ölkədə 10,384 milyardmanatlıq (bir il əvvəlki göstəricidən 3,4 % çoxdur) kənd təsərrüfatı məhsulu istehsal edilib. Nəqliyyat sektorundan 197,3 milyon ton (+12,9%) yük, 1,466 milyard (+35,5 %) nəfər sərnişin daşınıb, 2,434 milyard manatlıq informasiya və rabitə xidmətləri göstərilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.