"Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması da Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında oynadığı rolun aydın ifadəsini yaradır”.
“Sahibkartv.az” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V. Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin sözügedən Sazişin imzalanması mərasimindəki çıxışı Azərbaycanın enerji sektorunun gələcəyi barədə aydın təsəvvür yaradır:
“Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır” söyləyən ölkə Prezidenti diqqəti bu statistik rəqəmlərə yönəltdi. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə Azərbaycan 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 %-i ixrac olunacaq. Ölkəmiz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır”.
YAP rəsmisi əlavə edib ki, Azərbaycan regional əməkdaşlığın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi nüfuz qazanıb:
“Azərbaycanın enerji diplomatiyasının uğurları davamlılığı ilə diqqət çəkir. Arxada qalan hər il bu sektorda mühüm hadisə ilə yadda qalır. Artıq son günlərini yaşadığımız 2022-ci ildə bu istiqamətdə atılan addımlar xüsusilə təqdirəlayiqdir. Bu ilin iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan enerji tərəfdaşlarını Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşada bir araya gətirdi. Şuşada bərpa olunan enerji sahəsində imzalanan müqavilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” sektorunun böyük potensiala malik olduğunu təsdiqlədi. Dövlət başçısı İlham Əliyev azad Qarabağı və Şərqi Zəngəzuru "yaşıl enerji" zonası elan edib. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialını 7 200 meqavat günəş və 2 000meqavat külək enerjisi təşkil edir. İyul ayında Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı ölkəmiz ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı və həmin sənədin icrasına artıq başlanılıb. Dekabrın 16-da SOCAR və “Romqaz” 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə müqavilə imzaladılar. Bütün bunlar əyani şəkildə təsdiq edir ki, Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir”.
V.Rəhimzadənin sözlərinə görə, həyata keçirilən uğurlu enerji siyasəti Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir: “Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Ölkəmizin Avropa İttifaqı, həmçinin quruma üzv olan dövlətlər ilə enerji sahəsində əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Quruma üzv olan dövlətlərin üçdə biri ilə Azərbaycan enerji sektorunda əməkdaşlığa dair Memorandum imzalayıb. Bugünkü uğurlarımız müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının nəticəsidir.
Ümummilli liderin ölkə iqtisadiyyatının inkişafında neft amilinə yüksək dəyər verməsi uzaqgörən siyasətinin göstəricisidir. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəni təmin etmək məqsədilə gündəmə gətirilən enerji layihələrinin uğurlu icrası bu gün ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində öz sözünü deyir. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması ölkəmizin bugününə və gələcəyinə olan inamın aydın mənzərəsini yaradır. Dövlət başçısı İlham Əliyevin Buxarestdə Sazişin imzalanması mərasimində söylədiyi “Bu gün imzalanacaq yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrası Avropanın enerji təhlükəsizliyinə verəcəyimiz ümumi töhfə olacaqdır. Bu Saziş yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımdır” fikirləri də Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında roluna, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinə işıq salır”.
Son illər ərzində Azərbaycanda yaşıl enerjinin inkişafı baxımından mühüm addımların atıldığını diqqətə çatdıran V. Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi və bu sənəd ölkəmizdə yaşıl enerji istehsalının genişləndirilməsi məsələsinin prioritet olduğunu bir daha ortaya qoydu: “Belə ki, növbəti onillikdə reallaşdırılacaq prioritetlər sırasında təmiz ətraf mühit və «yaşıl artım ölkəsi» əsas yer tutur. Bu çağırış səsləndirilir ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir.
Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin effektiv reallaşdırılmasına nail olunmalıdır: yüksək keyfiyyətli ekoloji mühit, "yaşıl enerji" məkanı. Strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaq. Bunu nəzərə alaraq ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl texnologiya”ların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək”.
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Bu ərzaq mallarının qiyməti UCUZLAŞACAQ - SİYAHI
16:00 / 17-01-2025
Yaponiyada Robotlar İnsanlara Şeir Yazmağı Öyrədir
15:45 / 17-01-2025
Pensiya və minimum əməkhaqqı artımları bu şəxslərə şamil ediləcək
15:30 / 17-01-2025
İndoneziyada Vulkan Daşları "Almaz" Tapıntısına Səbəb Oldu
15:00 / 17-01-2025
İlham Əliyev və İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb
14:06 / 17-01-2025
Tramp Ermənistandakı rus bazasını çıxaracaq - Rusiyalı general
13:56 / 17-01-2025
Gürcüstanla sərhəd açılıb? - Görüntülər YAYILDI
13:38 / 17-01-2025
İmran Xan 14 il həbs cəzasına məhkum edildi
12:57 / 17-01-2025
Azərbaycan və Gürcüstan Baş nazirlərinin görüşü olub
12:53 / 17-01-2025
Müdafiə Nazirliyi məlumat yaydı - təşvişə düşməyə heç bir əsas yoxdur
11:59 / 17-01-2025
Niyam Salami dələduzluqda ittiham olunur
11:54 / 17-01-2025
“Azərbaycan Avropaya digər enerji körpüsünü salmağa başlayır” - RƏY
Bölməyə aid digər xəbərlər
Tarix: 19-12-2022, 19:33 Oxunub: 187
Bölməyə aid digər xəbərlər
18-12-2022, 09:30
Azərbaycanın enerji strategiyasında yeni era – ŞƏRH
18-10-2022, 17:23
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib - SİYAHI
1-10-2022, 17:10
İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
17-08-2022, 19:44
"Ermənistanın yeni reallıqla barışmaqdan başqa yolu yoxdur” - RƏY
15-08-2022, 14:23
29 partiya "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinə dair təkliflərini parlamentə təqdim edib
13-08-2022, 17:15
"Ermənistanın yeni reallıqla barışmaqdan başqa yolu yoxdur” - RƏY
18-07-2022, 20:25
Azərbaycan lideri və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
7-05-2022, 15:30
“Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi işıq üzü görüb
1-05-2022, 13:38
Ekspert: “Hökumət evlərin istiliyədavamlılığını artırsa, elektrik enerjisinə qənaət etmiş olacaq” - FOTO
1-05-2022, 16:27
Vüqar Rəhimzadə: "Prezident Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi"
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
28-01-2022, 21:58
YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub – SİYAHI
27-11-2021, 12:25
Politoloq: “Soçi görüşü Azərbaycanın gücünü, Ermənistanın isə reallıqla barışmalı olduğunu təsdiqlədi”
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO