Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ASCO Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq edib

Baxış: 202



“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.
Bunu "Sahibkartv.az"ın sorğusunu cavablandıran ASCO-nun mətbuat katibi Mehman Mehdiyev deyib.
Xəbərdarlıqda qeyd olunub ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün. Bildirilib ki, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.
"Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırmalıdırlar", -deyə M. Mehdiyev əlavə edib.
Qeyd edək ki, dekabrın 19-dan gecə saatlarından dekabrın 21-ə dək Xəzər Dəniz Akvatoriyasında şimal-qərb-şimal küləyinin 18-23 m\s, arabir 25-30 m\s acıq dənizdə 33 m\s qədər güclənəcəyi proqnoz edilir. Dalğanın hündürlüyünün 2-4metr, Xəzərin orta hissəsində 4-6 metr olacagı gözlənilir

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.