“Sahibkartv.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində yerləşən Mardin şəhərinin gəncləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, Türkmənistan qazının Avropaya nəqli məsələsi ötən həftə Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə müzakirə olunub.

O qeyd edib ki, enerji mərkəzinin yaradılması mövzusu uzun müddətdir ki, Türkiyənin gündəmində olub:
“Biz bu məsələni hörmətli Rusiya Prezidenti Vladimir Putinlə dəfələrlə müzakirə etmişik. O, Türkiyəni Avropaya təbii qaz tədarük edə biləcəyi bir mərkəz kimi qəbul edib. Həm də qazın nəinki təchizatı, həm də qiymətini müəyyənləşdirə biləcəyik. Biz bununla razılaşdıq”.