Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

KOBİA Gürcüstanın Ticarət və Sənaye Palatası ilə Anlaşma Memorandumu imzalayıb

Baxış: 212


KOBİA Gürcüstanın Ticarət və Sənaye Palatası ilə Anlaşma Memorandumu imzalayıb
Tbilisində keçirilmiş Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cü iclası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gürcüstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
"Sahibkartv.az" KOBİA-ya istinadən xəbər verir ki, sənədi qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov və Palatanın prezidenti Georgi Pertaya imzalayıb.
Anlaşma Memorandumunda Azərbaycan və Gürcüstan KOB-ları arasında əlaqələrin genişləndirilməsi sahəsində əməkdaşlıq, ticarət, investisiya və sahibkarlıq sahəsində informasiya, KOB-lara göstərilən dəstəyə dair təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.