Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Pakistan düyüsünün Azərbaycana ixracı 10 dəfə arta bilər

Baxış: 255


Pakistan düyüsünün Azərbaycana ixracı 10 dəfə arta bilər
Azərbaycan hökumətinin Pakistandan düyü idxalını gömrük rüsumundan azad etməsi Pakistan düyüsünün Azərbaycana ixracını 10 dəfə artıra bilər.
Bunu "Sahibkartv.az"a açıqlamasında Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhatti Pakistan Düyü İxracatçıları Assosiasiyasının Azərbaycana biznes missiyası çərçivəsində keçirilən tədbirdə bildirib.
"Hökumətin məlum qərarı iki ölkənin ticarət dövriyyəsini artıracaq. Belə bir tədbir bu ilin martnda da keçirilmişdi. Bu gün keçirilən tədbirdən sonra ikitərəfli görüşlər olacaq, tərəflərin müqavilələr imzalamasına, anlaşmasına imkan yaradacaq", - deyə o qeyd edib.
"Pakistanın düyü ixracatçıları təkcə Azərbaycan bazarını deyil, həm də 300 milyon əhalisi olan Mərkəzi Asiya ölkələrinin bazarlarını da nəzərdən keçirməlidirlər. Biz onlara deyirik ki, Azərbaycanı hab olaraq görün. Pakistan Azərbaycan və digər ölkələrlə Preferensial Ticarət Sazişinin imzalanması ərəfəsindədir. Bu saziş Pakistan ixracatçılarına Azərbaycandan digər ölkələrə düyü göndərməyə kömək edəcək. Hədəf yalnız Azərbaycan bazarı deyil, həm də digər region ölkələrinin bazarlarıdır", - deyə o qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.