“Sahibkartv.az”ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb.
Nazirin sözlərinə görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Avropaya 10,3 milyard kubmetr qaz tədarük edilib.
O bildirib ki, bu müddətdə Türkiyəyə 7,6 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz ixrac olunub.
P. Şahbazov vurğulayıb ki, bu dövrdə Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəni 5,2 milyard kubmetr qazla təchiz edib.
Qeyd edək ki, Azərbaycan 2022-ci ildə Avropa İttifaqına qaz tədarükünü 40 % artıraraq 11,5 milyard kubmetrə çatdırmağı planlaşdırır. 2021-ci ildə Azərbaycandan Avropaya 8,2 milyardkubmetr təbii qaz tədarük olunub.
Xatırladaq ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB)IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.
Fermerlər Üçün Elektron Ticarət Platformaları
19:11 / 22-02-2025
Fermerlər üçün Su Resurslarının Yeni İdarəetmə Sistemləri
18:52 / 22-02-2025
Kənd Təsərrüfatında Karbon Azaltma Texnologiyaları
18:23 / 22-02-2025
Sahibkarlar üçün Alternativ İnvestisiya Platformaları
18:00 / 22-02-2025
Süni İntellekt və Robotika Kənd Təsərrüfatında
17:44 / 22-02-2025
Rəqəmsal Marketinq və Sahibkarlar Üçün Yeni Perspektivlər
17:22 / 22-02-2025
Qida Təhlükəsizliyində Biotexnologiyanın Yeni Dövrü
16:39 / 22-02-2025
Beynəlxalq Sahibkarlar Üçün 2025-ci İldə Qlobal İmkanlar
16:16 / 22-02-2025
Heyvandarlıqda Alternativ Protein Mənbələri
15:41 / 22-02-2025
Fermerlər üçün Rəqəmsal Kooperativlər
15:18 / 22-02-2025
Narçılıqda Avtomatlaşdırılmış Məhsul Yığımı
14:46 / 22-02-2025
Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Energetika naziri: “Bu il Azərbaycan qaz ixracını 19 % artırıb”
Bölməyə aid digər xəbərlər
Bu il Azərbaycan yanvar-noyabr aylarında qaz ixracını 19 % artırıb.
Tarix: 15-12-2022, 08:00 Oxunub: 106
Bölməyə aid digər xəbərlər
10-12-2022, 13:35
Luka Şippati: “İndiyədək TAP vasitəsilə Avropaya 18,5 mlrd kubmetr qaz tədarük edilib”
6-12-2022, 09:29
TAP İtaliyanın qaz tədarükünə töhfəsini 21 % artırıb
19-11-2022, 15:29
TAP ilə Avropaya 18 mlrd kubmetrdən çox Azərbaycan qazı nəql edilib
18-10-2022, 21:15
Alparslan Bayraktar: “TANAP və TAP layihələri dünya üçün nümunədir”
18-10-2022, 17:23
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib - SİYAHI
14-10-2022, 10:16
Nazir: “Azərbaycan 2021-ci ildə Avropaya ixrac etdiyi qaz həcmlərinə cari ilin 9 ayı ərzində nail olub”
1-10-2022, 17:10
İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
28-09-2022, 16:33
Luka Şippati: “TAP İtaliyanın ikinci ən böyük qaz təchizatçısıdır”
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
23-09-2022, 13:52
Bu il TAP ilə İtaliyaya nəql ediləcək Azərbaycan qazının həcmi açıqlanıb
26-03-2022, 22:21
Avstriya Azərbaycanla uzunmüddətli qaz sazişi bağlamağı təklif edir
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
30-01-2022, 11:00
Avropanın əsas problemi: Rusiya qazının asılılığından necə qurtulmaq olar? – TƏHLİL
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM