Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

TRACECA-nın Azərbaycan hissəsində yük daşımaları 27 % artıb

Baxış: 148



Bu ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 42 424,6 min ton, yük dövriyyəsi isə 10 518,6 milyon ton-km olub.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26,9 % və 32,6 %çoxdur.
10 ay ərzində yüklərin 22 918,6 min tonu və yaxud 54 %-i avtomobil nəqliyyatı, 13 896,2 mintonu və ya 32,8 %-i dəmir yolu nəqliyyatı, 5 609,8 min tonu və yaxud 13,2 %-i dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 27,1 %-ni və yaxud 11 498,4 min tonunu tranzit yüklər təşkil edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.