Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyə Azərbaycandan elektrik enerjisi idxalını artırmaq istəyir

Baxış: 163


Türkiyə Azərbaycandan elektrik enerjisi idxalını artırmaq istəyir
Türkiyə Azərbaycan və Türkmənistandan elektrik enerjisi idxalı məsələsini müzakirə etməyə hazır olduğunu açıqlayıb.
"Sahibkartv.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşündə çıxışı zamanı deyib.
Ərdoğan hesab edir ki, bu sahədə idxal-ixrac əməliyyatları artırılmalıdır:
“Regionda ölkələrimiz arasında qarşılıqlı elektrik enerjisi ticarətinin inkişaf etdirilməsini önəmli hesab edirik. Bu çərçivədə Türkmənistan və Azərbaycanda ölkəmizə elektrik enerjisinin idxalı məsələsində də çalışmağa hazırıq”.
Qeyd edək ki, bu gün tədbir çərçivəsində Azərbaycan-Türkiyə-Türkmənistan arasında energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
“Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.