Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qızıl cüzi ucuzlaşıb

Baxış: 253


Dünya bazarlarında qızıl cüzi ucuzlaşıb.
“Sahibkartv.az” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,28 % və ya 5,2 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1799 dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,47 % düşərək 1 unsiyası 23,878 ABŞ dolları təşkil edib.
ABŞ-da inflyasiyanın zəifləməsi qiymətli metalın qiymətini dəstəkləyir. Belə ki, noyabr ayında ABŞ-da illik inflyasiya gözlənildiyindən daha çox zəifləyib və oktyabr ayı ilə müqayisədə 7,7%-dən 7,1%-ə düşüb.
Nəticədə, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 1 % düşərək təxminən 104 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması qızılı digər valyutalarda alış üçün əlverişli edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.