Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şahin Bağırov xaricdən Azərbaycana dərmanların gətirilməsi məsələsinə münasibət bildirib

Baxış: 230



Dövlət Gömrük Komitəsinin (DGK) dərmanların qiymətinə təsiri yoxdur, olsa da cüzidir.
“Sahibkartv.az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Komitə sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
"Bir çox hallarda dərmanları külli miqdarda buraxa bilmirik. Məsələn, aspirinin nə qədər gətirilməsinə heç bir gömrükçü etiraz etməyəcək. Ancaq elə dərmanlar var ki, ona nəzarət etmək lazımdır.
Qiymət məsələsinə gəldikdə, dərmanların qalxmasında gömrüyün rolu yoxdur. Bildiyim qədəri ilə, apteklərdə dərmanlar Tarif Şurasının müəyyən etdiyi həddən yuxarı satılmır. Əgər bu baş verirsə bu başqa məsələdir", - Ş. Bağırov deyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.