Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

DGK idxal qiymətlərinə təsir edən amilləri açıqlayıb

Baxış: 194



Azərbaycana idxal olunan malların gömrük dəyərinin müəyyənləşdirilməsi ilə bağlı problem illərdir ki, davam edir.
“Sahibkartv.az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
“İdxal qiymətlərinə məhsulun qablaşdırılmasından materialına qədər müxtəlif amillər təsir edir. Məsələn, mineral suyun qiyməti onun şüşədə və yaxud plastik qabda olmasından asılı olaraq dəyişir. Bundan başqa, daşıma xərcləri də qiymətə təsir edir. Məsələn, Türkiyə maşınları 2 min dollara mal gətirirsə, Azərbaycan maşınları boş qayıtmasın deyə, daha aşağı qiymətə mal gətirir”, - deyə o qeyd edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.