Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

BVF direktoru 2023-cü ildə qlobal iqtisadi artımın daha da yavaşlayacağını proqnozlaşdırıb

Baxış: 253


BVF direktoru 2023-cü ildə qlobal iqtisadi artımın daha da yavaşlayacağını proqnozlaşdırıb
Beynəlxalq Valyuta Fondunun (BVF) sərəncamçı direktoru Kristalina Georgiyeva 2023-cü ildə qlobal iqtisadi artımın 2,7 %-ə qədər azalmasına ehtimal verib. 
“Sahibkartv.az” xəbər verir ki, bu barədə o, Çində “bir üstəgəl altı” formatında keçirilən dəyirmi masanın yekunlarına dair çıxışında bildirib.
“Qlobal iqtisadi artım 2022-ci ildə kəskin şəkildə 3,2 %-ə düşüb və biz gələn il 2,7 %-ə qədər daha da yavaşlamanı proqnozlaşdırırıq”, - BVF-in rəsmisi qeyd edib.
K.Georgiyevanın sözlərinə görə, yaşayış qiymətlərinin qlobal böhranının səbəbləri pandemiya, Rusiya-Ukrayna müharibəsi və yüksək inflyasiyadır:
“Dünyanın düşdüyü ciddi qeyri-müəyyənlik səviyyəsi daha da sıx əməkdaşlıq tələb edir”.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.