Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazir müavini: "Azərbaycanda vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur"

Baxış: 329


Nazir müavini: Azərbaycanda vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur
Azərbaycanda vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur, hazırda bu məsələ gündəmdə deyil.
"Sahibkartv.az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışı - biletim.azportalının təqdimatında bildirib.
O qeyd edib ki, yalnız vahid standartlar əsasında taksi xidmətinin olması planlaşdırılır: "Ümumiyyətlə, vahid taksi xidməti ilə bağlı indiyədək xidmət olmayıb. Ancaq vahid tələblər əsasında taksi şirkətləri fəaliyyət göstərməli, tələblərə əməl etməlidirlər".
R. Hümmətov bildirib ki, bu gün taksi şirkətlərindən şikayətlərə rast gəlinir: "Lakin bununla bağlı taksi şirkətləri heç bir tədbir görmürlər".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.