Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin iki qurumuna rəhbər təyin olunub

Baxış: 176


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin iki qurumuna rəhbər təyin olunub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan iki agentliyə müvəqqəti rəhbər təyin edilib.
“Sahibkartv.az”un əldə etdiyi məlumata görə, bu barədə nazir Rəşad Nəbiyev əmr imzalayıb.
Əmrə əsasən, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə İnarə Vəliyeva, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə isə Nail Mərdanov rəhbərlik edəcək. Onlar hazırda həmin qurumlarda müavin vəzifələrini icra edirlər. 
Nazirlikdən "Report"un sorğusuna cavab olaraq hər iki xəbəri təsdiq ediblər.
Hər iki agentlik ölkə prezidentinin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.