Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mərkəzi Bank tədavülə 5 manatlıq gümüş yubiley pul nişanı buraxıb

Baxış: 245



Mərkəzi Bank tərəfindən Azərbaycanda idmanın inkişafında və müasir gəncliyin formalaşmasında müstəsna rola malik olan Azərbaycanın Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə tədavülə nominal dəyəri 5 manat təşkil edən gümüş yubiley pul nişanı buraxıb.
"Sahibkartv.az" AMB-yə istinadən xəbər verir ki, yubiley pul nişanı “Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 mart 2022-ci il tarixli sərəncamından irəli gələrək hazırlanmış və buraxılış limiti 200 ədəd olmaqla Milli Olimpiya Komitəsinin sifarişi əsasında müəyyən edilib.
Bu pul nişanlarının Milli Olimpiya Komitəsinə satışı təmin edilib.
Yubiley pul nişanının çəkisi 1 troy unsiya – 31,1 qram, diametri 38,61 mm təşkil edir. Pul nişanı Almaniyanın “Bavarian Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib.
Bildiririk ki, yubiley pul nişanının əsas dizayn elementləri kimi ön tərəfində “Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi”, “30”, “1992-2022” yazıları, olimpiya məşəlinin və eləcə də digər idman simvollarının təsviri, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Dövlət Gerbinin təsviri və nominalın rəqəmi əks olunmuşdur.
Yubiley pul nişanı nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.