Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycana yeni avtomobillərin çatdırılmasında problemlər var


Azərbaycana yeni avtomobillərin çatdırılmasında problemlər var
Xarici zavodlarda Azərbaycana tədarük edilməsi üçün istehsal olunmuş avtomobillərin ölkəyə çatdırılmasında problemlər var.
Bunu “Sahibkartv.az”a açıqlamasında “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin nümayəndəsi, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev bildirib.
Onun sözlərinə görə, Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələrdən daşımalarda boş konteynerlər tapmaq çətinləşib: "Logistika şirkətləri daşımalarda problemlər yaşadıqları üçün təklif qəbul etmək istəmirlər. Təklifi qəbul edən şirkətlər isə əvvəlki vaxtlarla müqayisədə baha xidmət göstərirlər. Bir tərəfdən logistika xərcləri getdikcə artdığı, digər tərəfdən isə zavodların özlərində də qiymət artımı baş verdiyi üçün daxili bazarda yeni avtomobillər bahalaşrır".
E.Əliyev logistika probleminin 2-ci əl avtomobil bazarındakı qiymətlərə də təsir etdiyini deyib: "Əvvəllər belə maşınları fərdi şəxslər gətirirdisə, hal-hazırda onların da daşınmalarını böyük şirkətlər təşkil edir. Həmin şirkətlər isə Şərqi Asiya ölkələri ilə yanaşı, Almaniya və ABŞ-dan da maşınlar gətirirlər".
Daşıma şirkətlərindən isə bildirilib ki, son bir 1 ildə bir avtomobilin çatdırılma xərci 1 000 - 1500ABŞ dollarından 1 500 - 3 000 ABŞ dollara yüksəlib: "Tələbatın çox olması, konteynerlərin azlığı istər-istəməz qiymətləri artırır. Məsələn, hazırda Kaliforniya və ya Vaşinqtondan daşımalar 2500 ABŞ dollarına başa gəlir. Koreyadan avtomobil tədarükü isə ABŞ-la müqayisədə bahadır. Ötən il 2 min dollara gətirilən avtomobil bu il 2 800-2 900 dollara çatdırılır. Xaricdən avtomobillərin gətirilməsi adətən 2-3 ay çəkir".


Tarix: 6-12-2022, 15:26 Oxunub: 44


Bölməyə aid digər xəbərlər