Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları dağ-mədən sektoruna təsir göstərə bilər

Baxış: 129


Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları dağ-mədən sektoruna təsir göstərə bilər
Avropa Komissiyası Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi çərçivəsində dağ-mədən sənayesinə məhdudiyyətlər təklif etmək niyyətindədir.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.
Qəzetin mənbələrinin məlumatına görə, söhbət sənaye daxilində yeni investisiyaların qadağan edilməsindən gedir. Eyni zamanda, dağ-mədən sənayesinin məhsullarının müəyyən növləri üçün istisnalar da ediləcək.
Nəşr yazır ki, Avropa İttifaqının (Aİ) icra orqanının təklifinə daha üç Rusiya bankı ilə əməliyyatların qadağan edilməsi də daxildir. Aİ gələn həftənin sonuna qədər yeni tədbirlərlə bağlı razılığa gəlməyi planlaşdırır.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.