Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

IMF-in Azərbaycanda həyata keçirdiyi texniki yardım layihələri müzakirə olunub

Baxış: 207


IMF-in Azərbaycanda həyata keçirdiyi texniki yardım layihələri müzakirə olunub
Bu gün maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (IMF) Qazaxıstanda yerləşən Qafqaz, Mərkəzi Asiya və Monqolustan Regional Bacarıqların İnkişafı Mərkəzinin (CCAMTAC) direktoru Norbert Funke ilə görüşüb.
"Sahibkartv.az" nazirliyə istinadən xəbər verir ki, görüşdə Mərkəzin Azərbaycanda həyata keçirdiyi texniki yardım layihələrinin, o cümlədən fiskal risklərin idarə olunması, makrofiskal proqnozlaşdırma və modelləşdirmə, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi üzrə texniki yardım layihələrinin icra vəziyyəti diqqət mərkəzində olub.
Tərəflər həmçinin, BVF ilə mövcud əlaqələrinin hazırki vəziyyəti və perspektivləri, habelə gələcək inkişaf planları barədə fikir mübadiləsi aparıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.