Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Cənub bölgəsində torpaq qanunvericiliyinin pozulması ilə bağlı 1 000-ə yaxın hal aşkar edilib

Baxış: 199


Cənub bölgəsində torpaq qanunvericiliyinin pozulması ilə bağlı 1 000-ə yaxın hal aşkar edilib
Son 2 ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Lənkəran, Astara, Lerik, Cəlilabad, Masallı, Biləsuvar, Yardımlı rayonlarında torpaq qanunvericiliyinin pozulması ilə bağlı 1 000-ə yaxın hal aşkar edərək sənədləşdirib.
Bu barədə "Sahibkartv.az"a Dövlət Xidmətindən bildirilib.
Sözügedən pozuntu hallarına dair müvafiq torpaq istifadəçiləri ilə bağlı 560 inzibati protokol tərtib edilib, 261 min manat məbləğində cərimə tətbiq olub. Həmin hallarla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyətlərinə, müvafiq icra hakimiyyətləri orqanlarına müraciətlər edilib. Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin gücləndirilməsinin, təsirli tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.