Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AMB: "Yaşayış evlərinin 90 %-i, kommersiya obyektlərinin 70 %-i sığortasızdır"

Baxış: 225



Azərbaycanda yaşayış evlərinin 90 %-i, kommersiya (biznes) obyektlərinin isə 70 %-i icbari qaydada sığorta edilməyib.
"sahibkartv.az" xəbər verir ki, bunu Bakıda keçirilən "Türk Maliyyə Sektoru Liderlər Zirvəsi" tədbirində Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev bildirib.
"Odur ki, əhali və biznesin əmlakla bağlı risklərinin çoxu hələ də dövlətin üzərindədir. Daşınmaz əmlakın icbari sığortası sahəsində islahatlara, eləcə də Türkiyə təcrübəsindən yararlanmağa, qardaş ölkənin intellektual dəstəyinə ehtiyacımız var. Sığorta sektorunun rəqəmsallaşması, data bazasının formalaşması ilə bağlı Türkiyənin SBM modelini Azərbaycana gətirmək istəyirik. Bu istiqamətdə işlərimiz var. Bu model olduqdan sonra sığortaçıların dataya olan ehtiyacları yüksək səviyyədə ödəniləcək", - deyə o qeyd edib. 


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.