Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ma Çi: "Azərbaycanı vahid investisiya bazarı kimi görürük"

Baxış: 239


Ma Çi: Azərbaycanı vahid investisiya bazarı kimi görürük
Çin Azərbaycanı vahid investisiya bazarı kimi görür.
"Sahibkartv.az" xəbər verir ki, bunu bunu Bakıda keçirilən "Ticarət və İxracat Forumu"nda (TEF-2022) Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi bildirib.
Onun sözlərinə görə, Azərbaycan Çinin vacib iqtisadi və ticarət tərəfdaşıdır:"Son illərdə neft məhsullarının idxalını Azərbaycandan azaltmışıq. Azərbaycan Çindən daha çox məhsul idxal etməyə başlayıb".
Ma Çi əlavə edib ki, Çin Azərbaycanla maliyyə, kənd təsərrüfatı sahələrində əməkdaşlıqda maraqlıdır.
O vurğulayıb ki, Çin və Azərbaycan 30 ildir ki, dostluq və əməkdaşlıq münasibətlərini qoruyub saxlayır: "Çin Azərbaycanla qarşılıqlı faydalı və dostluq əməkdaşlığının inkişafına böyük önəm verir və Azərbaycanın iqtisadi və sosial inkişafında fəal rol oynamış bir sıra irimiqyaslı infrastruktur və sənaye layihələrini həyata keçirib".


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.