Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Aktau limanı vasitəsilə daşınan yüklərin həcmi bu ilin yanvar-oktyabr aylarında 66 % artıb.
“Sahibkartv.az”Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə “Qazaxıstan Temir Yol” şirkətinin Mətbuat Xidməti məlumat yayıb.
"2022-ci ilin ilk 10 ayı ərzində Aktau dəniz limanı vasitəsilə 3,2 milyon ton yük daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur. Bu həcmin 1,9 milyon tondan çoxu (+7%) neft, 385 min tonu taxıl olub. Konteyner yüklərin yükboşaltma həcmi 17% artıb. TBNM marşrutu üzrə Aktau limanı vasitəsilə daşımaların həcmi ötən illə müqayisədə 66% artıb”, - məlumatda deyilir.
Qeyd edək, Aktau dəniz limanı Qazaxıstan, İran, Azərbaycan, Rusiya və Türkiyəni birləşdirən nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir.