Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan və Belçikanın iş adamları əməkdaşlıq imkanlarını müzakirə edib

Baxış: 293


Azərbaycan və Belçikanın iş adamları əməkdaşlıq imkanlarını müzakirə edib
Bakıda Azərbaycan və Belçika sahibkarları görüşərək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
"Sahibkartv.az" İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verirk ki, görüş qurumun, Belçikanın Valloniya regionu üzrə İxrac və Sərmayə Agentliyinin (AWEX), Flandriya Sərmayə, Ticarət və İxrac Agentliyinin (FIT) birgə təşkilatçılığı ilə, Belçikada səhiyyə, enerji, nəqliyyat, kimya sənayesi, ticarət, investisiya və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin ölkəmizə təşkil edilən ticarət missiyası çərçivəsində təşkil olunub.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, Azərbaycan-Belçika iqtisadi-ticarət əməkdaşlığından danışıb, iş adamları arasında əlaqələrin genişlənməsi üçün həyata keçirilən tədbirləri qeyd edib.
Belçikanın Azərbaycandakı səfiri Mişel Pitermans ölkələrarası ticarətin inkişafı genişlənməsi, investisiyaların yatırılması və tərəfdaşlığın gücləndirilməsi məsələləri barədə fikirlərini bildirib, analoji tədbirlərin qarşılıqlı əməkdaşlığa töhfə verəcəyini bildirib.
Tədbir çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühiti, İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinə dair təqdimatlar keçirilib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.