Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu il Naxçıvan iqtisadiyyatı 2,6 % böyüyüb

Baxış: 203



Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2 milyard 446 milyon 943,5 min manatlıq ümumi daxili məhsul istehsal olunub.
“Sahibkartv.az”ın yerli Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,6 % çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 % artaraq 5 min 272,4 manat olub.
Xatırladaq ki, 2022-ci ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 111 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 % çox ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 2,4 % azalıb, qeyri neft-qaz sektorunda isə 9,7 % artıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.