Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Ümid” yatağından 6 milyard kubmetrdən çox qaz hasil edilib

Baxış: 225
İstismara veriləndən bu ilin noyabrın 1-nə kimi Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağından təqribən 6 milyard kubmetrdən çox qaz və 950 min tondan çox kondensat hasil edilib.
“Sahibkartv.az”ın məlumatına görə, bu barədə Energetika Nazirliyi öz “Facebook” səhifəsində paylaşım edib.
Məlumata görə, hazırda yataqda 4 istismar quyusu fəaliyyət göstərir.
Qeyd edək ki, 2010-cu il 24 noyabr tarixində “Ümid” yatağı kəşf edilib. Bu yataq Azərbaycanın müstəqillik dövründə kəşf edilmiş ilk qaz-kondensat yatağıdır. “Ümid” yatağı Bakıdan 75 kilometr cənuba, qurudan 40 kilometr məsafədə Xəzər dənizində yerləşir. Yataq 2012-ci ildə istismara verilib.
İlkin hesablamalara görə, Xəzər dənizində yerləşən "Ümid" qaz yatağının ümumi ehtiyatı 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmindədir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.