Azərbaycan təbii qazını Yunanıstana, oradan isə Bolqarıstana nəlq edilməsini nəzərdə tutan Yunanıstan-Bolqarıstan İnterkonnektorunda (İGB) tamamlama işləri EPC-podratçısı (layihələndirmə, satınalma, tikinti) tərəfindən elan edilmiş müddət ərzində və texniki tapşırığın bütün tələblərinə uyğun olaraq başa çatdırılacaq.
Bu barədə “Sahibkartv.az” İGB boru kəmərinin əməliyyat şirkəti olan İCGB-yə istinadən xəbər verir.
Məlumata görə, Bolqarıstanın Regional İnkişaf və İctimai İşlər Nazirliyinin təsdiqindən sonra Yunanıstanın "AVAX" şirkətinə ayrı-ayrı mərhələlərə bölünmüş üç əsas tikinti fəaliyyətinin həyata keçirilməsi həvalə edilib: “Onlar qaz kəmərinin kommersiya istismarı ilə birbaşa əlaqəli deyil. Lakin hələ də müstəqil ötürmə operatoru ICGB ilə bağlanmış EPC müqaviləsinin bir hissəsi olaraq qalır və sifarişçinin tələblərinə, təsdiq edilmiş texniki layihəyə uyğun olaraq həyata keçirilməlidir”.
ICGB-nin Bolrarıstan və Yunanıstyan üzrə icraçı direktorları Teodora Georgieva və Georgi Satlasın sözlərinə görə, bu mərhələlərin podratçı tərəfindən yüksək keyfiyyətlə və sənədlərə tam uyğun şəkildə həyata keçirilməsi son dərəcə vacibdir: “Biz nazirliyin qalan tamamlama işlərinin optimal müddətdə yerinə yetirilməsinə kömək göstərmək istəyini yüksək qiymətləndiririk. Bu, Bolqarıstan qanunvericiliyinə tam uyğundur. Dialoq davam edir və gələn həftə bizim növbəti görüşümüz olacaq ki, bundan sonra podratçıdan konkret qərarlar və son tarixləri eşitməyi gözləyirik”.
Onların sözlərinə görə, ehtiyat optik kabelin qablaşdırılması qabaqcıl mərhələdədir və 2023-cü ilin yanvar ayında başa çatdırılaraq sənədləşdiriləcəyi gözlənilir.
İCGB rəhbərliyi həmçinin vurğulayıb ki, qışın mülayim keçəcəyi təqdirdə işlərin dayanmaması və daha tez başa çatdırılmasına imkan verməsi üçün magistral yolda eroziyaya qarşı tədbirlərin tez bir zamanda başa çatdırılması vacibdir: “Gələn həftə nazirlik komandası ilə keçiriləcək növbəti görüşdə yanaşmanın yerli qanunvericiliyə tam uyğun olması və Bolqarıstandakı xüsusi şərtlər nəzərə alınmaqla tətbiq oluna bilən və effektiv olması üçün bunun dəqiq necə həyata keçirilməli olduğu müzakirə olunacaq".
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.
Avropa Komissiyası iyul ayında Azərbaycanla təbii qazın idxalını 2027-ci ilə qədər ildə ən azı 20 milyard kubmetrə çatdırmaq üçün anlaşma memorandumu imzalayıb. Trans-Adriatik Boru Kəmərinin qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması ilə bağlı yekun qərar gələn ilin əvvəlində qəbul olunacaq. Əlavə təbii qaz Azərbaycanın bir neçə yatağından gələcək.
Fermerlər Üçün Elektron Ticarət Platformaları
19:11 / 22-02-2025
Fermerlər üçün Su Resurslarının Yeni İdarəetmə Sistemləri
18:52 / 22-02-2025
Kənd Təsərrüfatında Karbon Azaltma Texnologiyaları
18:23 / 22-02-2025
Sahibkarlar üçün Alternativ İnvestisiya Platformaları
18:00 / 22-02-2025
Süni İntellekt və Robotika Kənd Təsərrüfatında
17:44 / 22-02-2025
Rəqəmsal Marketinq və Sahibkarlar Üçün Yeni Perspektivlər
17:22 / 22-02-2025
Qida Təhlükəsizliyində Biotexnologiyanın Yeni Dövrü
16:39 / 22-02-2025
Beynəlxalq Sahibkarlar Üçün 2025-ci İldə Qlobal İmkanlar
16:16 / 22-02-2025
Heyvandarlıqda Alternativ Protein Mənbələri
15:41 / 22-02-2025
Fermerlər üçün Rəqəmsal Kooperativlər
15:18 / 22-02-2025
Narçılıqda Avtomatlaşdırılmış Məhsul Yığımı
14:46 / 22-02-2025
Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
İCGB: “İGB layihəsinin icrası vaxtında başa çatdırılacaq”

Bölməyə aid digər xəbərlər

Tarix: 24-11-2022, 10:11 Oxunub: 93
Bölməyə aid digər xəbərlər
1-10-2022, 17:10
İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
1-10-2022, 15:07
ICGB: “İlk gündə IGB-ə 29 171 MVt/s-dan çox təbii qaz daxil olacaq”
1-10-2022, 18:05
Ekspert: "Bolqarıstan Azərbaycanın əlavə qaz həcmlərinin Avropaya çatdırılması baxımından maraqlı ölkədir"
1-10-2022, 14:32
Yunanıstanın Baş naziri: “IGB-nin istismara verilməsi Avropa üçün xüsusi hadisədir”
29-09-2022, 11:43
Çavuşoğlu: "Azərbaycan qazının dünya bazarına çıxarılmasında Türkiyədən təşəbbüs gözlənilir"
21-09-2022, 14:44
Virgil Popesku: “Rumıniyaya Azərbaycandan qaz nəqli üçün tranzit müqavilələri lazımdır”
19-09-2022, 14:12
Azərbaycan qazı alacaq Bolqarıstan İGB-nin açılışında Avropa rəsmilərini qəbul edəcək
13-08-2022, 12:47
Bolqarıstanın energetika naziri: “Azərbaycan qazı IGB vasitəsilə oktyabrda nəql ediləcək”
2-06-2022, 11:38
Bolqarıstanın energetika naziri: “Azərbaycan etibarlı enerji tərəfdaşı olduğunu sübut edib”
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
25-03-2022, 22:24
Azərbaycan qazının IGB vasitəsilə Bolqarıstana nəqlinin tarixi açıqlanıb
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
30-10-2021, 22:32
Azərbaycan qazını Bolqarıstana çatdıracaq kəmərdə test işlərinə başlanıb
29-10-2021, 09:14
Azərbaycan qazı Bolqarıstana Rusiya qazından dörd dəfə ucuz başa gəlir
2-08-2021, 13:08
Azərbaycanın əsas qaz kəmərinin operatorluğu BP-dən SOCAR-a keçdi
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
11-07-2020, 10:44
SOCAR tenderlər elan edib - SİYAHI