Azərbaycanda 2023-cü ildə qeyri-neft sektorunun postpandemiya dövründəki güclü impulsu iqtisadiyyatın sarsıntılara daha dayanıqlı olması məqsədilə onun davamlı şaxələndirilməsinə istiqamətləndirilməlidir.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) “Transition Report 2022-2023” hesabatında deyilir.
“Buraya rəqabətin tənzimlənməsi sisteminin gücləndirilməsi və iqtisadiyyatın bir çox sahələrində dövlətin iştirakının azaldılması daxildir. Maliyyə sektorunun xarici investisiyalar üçün açılması maliyyəyə çıxış imkanlarını yaxşılaşdıracaq, kiçik və orta müəssisələrin investisiya fəaliyyətlərini dəstəkləyəcək”, - hesabatda qeyd edilib.
EBRD-nin analitiklərinin fikrincə, iqtisadiyyatın karbonsuzlaşdırılması da Azərbaycan üçün əsas prioritet olmalıdır: “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı uzunmüddətli inkişaf planı çərçivəsində karbohidrogen ixracından asılılıqdan mərhələli şəkildə çıxmaq iqtisadiyyatın şaxələndirilməsinə töhfə verə bilər. Enerji resurslarının artan qiymətlərindən əldə edilən yüksək gəlirlər “yaşıl enerji”yə və iqlim dəyişikliyinin təsirinin yumşaldılmasına investisiyaların qoyulması üçün istifadə edilməlidir”.
Bankın analitikləri hesab edirlər ki, qeyri-enerji sektorunda ciddi göstəricilər sayəsində iqtisadi artım gözləniləndən yüksək olub: “2021-ci ildə COVID-19 pandemiyasından sonra ÜDM-in 5,6 %-lik güclü artımının bərpasından sonra iqtisadiyyat 2022-ci ilin yanvar-avqust ayları arasında illik 5,8% artıb. Bu, qeyri-neft-qaz sektorunun 10,3 % səviyyəsində ciddi artımı sayəsində baş verib. Amma neft-qaz sektoru eyni dövrdə 2 % azalıb. Bu, təbii qaz hasilatının 11,3 % artmasına baxmayaraq, əsasən neft hasilatının 5,2 % azalması nəticəsində baş verib. Bununla belə, ixracda 2022-ci ilin yanvar-avqust ayları arasında nominal olaraq iki dəfə artmış karbohidrogenlər üstünlük təşkil etməkdə davam edir. Bu cari əməliyyatlar hesabının əhəmiyyətli profisiti ilə nəticələnib. Bu isə Avropa bazarında alternativ qaz tədarükünə yüksək tələbatdan irəli gəlir və buna Trans-Adriatik Boru Kəmərinin (TAP) 2020-ci ildə tamamlanması yardım göstərib”.
Hesabatda vurğulanılıb ki, enerji resurslarının qiymətlərinin artması, güman ki, qısamüddətli perspektivdə iqtisadi artıma dəstək verəcək: "İstehlakçılar yüksək qiymətlərlə üzləşdiyinə görə tələbin tədricən azalması səbəbindən güman ki, qeyri-neft-qaz iqtisadiyyatında artım cüzi olacaq. Amma enerji resurslarının qiymətlərinin və Azərbaycan təbii qazına tələbatın qısamüddətli perspektivdə yüksək olacağı gözlənilir. Bu 2022-ci ilin ikinci yarısında ümumi iqtisadi artımı dəstəkləyəcək”.
EBRD 2022-ci ildə Azərbaycanda ÜDM-in ciddi artımını 4,5 % səviyyəsində gözləyir, amma 2023-cü ildə isə artım tempinin 2,5 %-ə qədər azalacağını proqnozlaşdırır: “Əsas risklər inflyasiyanın davam etməsi, enerji resurslarının qiymətlərinin potensial olaraq aşağı düşməsi ilə bağlıdır. Amma yaxın illərdə Azərbaycan təbii qaz sənayesinə əlavə investisiya qoyuluşundan faydalana bilər, çünki Avropa İttifaqı Rusiya təbii qazından imtina edərək bu sahəni şaxələşdirməyə çalışır”.
Bankın analitikləri vurğulayıblar ki, təbii qaza artan tələbat və qeyri-enerji sektorunda istehsalın artması Azərbaycanın postpandemiya dövründə iqtisadi artımını dəstəkləyir.
“Hökumət qiymət artımının təsiri ilə mübarizə aparmaq üçün fiskal və monetar tədbirlərdən istifadə edir. 2022-ci ilin avqustunda inflyasiya illik müqayisədə 14,2 %-ə çatıb. Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb və hökumət yüksək qiymətlərin əhalinin həssas təbəqələrinə təsirini məhdudlaşdırmaq üçün minimum əmək haqqının, pensiyaların və sosial yardımın artırılması daxil olmaqla, bir sıra fiskal siyasət tədbirləri həyata keçirib.
Bundan başqa, ölkədə maliyyə xidmətlərinə çıxış imkanları genişləndirilib. Ölkə üzrə geniş filial şəbəkəsinə malik “Azərpoçt” milli poçt xidmətinə yerli banklar adından xidmətlər təklif edən agent kimi fəaliyyət göstərmək imkanı verilib. Üstəlik, iqtisadiyyatın rəqəmsallaşmasına töhfə verən distant bank xidmətləri də tətbiq edilib”, - EBRD-nin hesabatında qeyd olunub.
Rəqəmsal Marketinq və Sahibkarlar Üçün Yeni Perspektivlər
17:22 / 22-02-2025
Qida Təhlükəsizliyində Biotexnologiyanın Yeni Dövrü
16:39 / 22-02-2025
Beynəlxalq Sahibkarlar Üçün 2025-ci İldə Qlobal İmkanlar
16:16 / 22-02-2025
Heyvandarlıqda Alternativ Protein Mənbələri
15:41 / 22-02-2025
Fermerlər üçün Rəqəmsal Kooperativlər
15:18 / 22-02-2025
Narçılıqda Avtomatlaşdırılmış Məhsul Yığımı
14:46 / 22-02-2025
Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Yaponiyada Pilotsuz Kombaynlar Kənd Təsərrüfatında İnqilab Yaradır
17:39 / 21-02-2025
Argentinada Fındıq İstehsalı Üçün Yeni Genetik Növlər Sınaqdan Keçirilir
17:30 / 21-02-2025
Hindistanda Ekoloji Təmiz Süd Məhsullarına Maraq Artır
17:13 / 21-02-2025
Meksikada Kaktusdan Dəri Hazırlayan Startap Beynəlxalq Bazara Çıxır
16:44 / 21-02-2025
Rusiyada Aqrotexnologiya Sahəsində Yeni Sərmayələr Yatırılır
16:15 / 21-02-2025
EBRD 2023-cü ildə Azərbaycanın iqtisadi inkişafı üçün əsas prioritetləri açıqlayıb
Bölməyə aid digər xəbərlər
Tarix: 23-11-2022, 18:34 Oxunub: 166
Bölməyə aid digər xəbərlər
18-10-2022, 17:23
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib - SİYAHI
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
23-06-2022, 14:20
EBRD prezidentinin Azərbaycana səfəri planlaşdırılır
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
12-06-2022, 18:30
BMT Baş Assambleyasının Prezidenti Azərbaycan liderinə təşəkkür edib - EKSKLÜZİV MÜSAHİBƏ
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
8-07-2021, 12:10
2020-ci ilin İnkişaf Hesabatında Azərbaycan Cənubi Qafqazda liderdir
30-06-2021, 10:07
“Pensiya yaşına yenidən baxılması nəzərdə tutulmur” - DSMF sədri
3-05-2021, 10:53
Avropadan iqtisadi dəyərləndirmə: Azərbaycanda biznes mühiti əhəmiyyətli dərəcədə dəyişib
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO