Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Baku Shopping Festival" brend geyim dükanlarının dövriyyəsini 22 % artırıb

Baxış: 344


Baku Shopping Festival brend geyim dükanlarının dövriyyəsini 22 % artırıb
Noyabrın 6-20-də "Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası" (AFRA) İctimai Birliyinin təşkilatçılığı ilə ölkəmizin paytaxtında keçirilmiş “Bakı Alış-Veriş Festivalı” ("Baku Shopping Festival") brend geyim dükanlarının dövriyyəsini 22 % artırıb.
"Sahibkartv.az" Assosiasiyaya istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Fərid Novruzi festivalın nəticələrini elan edərkən bildirib.
"Festival bütün gözləntiləri doğruldub, həm sahibkarların, həm də istehlakçıların kifayət qədər marağına səbəb olub, yeni layihələrin təməlini qoyub. Bu festivalın keçirilməsinin əsas səbəbi bu sahədə sahibkarlara dəstək olmaq idi və istəyimizə nail olduq. İlkin nəticələrə görə, brend geyim mağazalarının dövriyyəsi son 2həftə ərzində 22 % artıb”, - deyə o, qeyd edib.
Sədrin sözlərinə görə, festivalda həm yerli, həm xarici alıcılar arasında məmnunluq səviyyəsi yüksək olub: “Lakin bu, əldə etdiyimiz yeganə nəticə deyil. Layihəmizi sahibkarlar da yüksək qiymətləndirib. Gələcəkdə festivalın ildə 2 dəfə keçirilməsini, brend sayının artırılmasını, stimullaşdırıcı lotoreyalarının keçirilməsini və qiymətli hədiyyələrin uduşunu təşkil etməyi düşünürük”.
"Baku Shopping Festival"da 68 dünya geyim brendi iştirak edərək alıcılara 20-50 % endirim, eləcə də, xüsusi aksiyalar və kuponlar təqdim ediblər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.