Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan gələn il açacağı yeni səfirliklərinə 16 milyon manat xərcləyəcək

Baxış: 242


Azərbaycan gələn il açacağı yeni səfirliklərinə 16 milyon manat xərcləyəcək
Azərbaycanın gələn il İsrail, Albaniya və Keniyada açacağı səfirliklərinin, Fələstində açacağı nümayəndəliyinin saxlanılmasına 15,9 milyon manat yönəldilməsi planlaşdırılır.
“Sahibkartv.az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib.
Bununla yanaşı, onun sözlərinə görə, parlamentin saxlanılması xərclərinin isə 4,1 milyon manat artırılması nəzərdə tutulub. Beləliklə, ümumilikdə 20 milyon manat əlavə xərc gözlənilir ki, bu da Naxçıvana dotasiyanın azaldılması hesabına baş tutacaq. Artıq bu məsələ muxtar respublikanın rəhbərliyi ilə razılaşdırılıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.