Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qızıl yenidən bahalaşıb

Baxış: 291


Qızıl yenidən bahalaşıb
Qızılın qiyməti bir gün əvvəl 0,8% düşdükdən sonra yenidən yüksəlib.
“Sahibkartv.az” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri olaraq 0,37 % və ya 6,45 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 746,05 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,44 % artaraq 1 unsiyası 21,172 ABŞ dolları təşkil edib.
ABŞ dollarının indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,21 % düşərək 107,61 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması qızılı digər valyutalarda alış üçün əlverişli edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.