"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Ötən həftə ABŞ-da açıqlanan zəif iqtisadi göstəricilər, eləcə də İngiltərədə artımla açıqlanan inflyasiya rəqəmləri fonunda dollar üzərində təzyiqlər artmaqda davam edir. Lakin Avrozonada proqnozların altında açıqlanan inflyasiya rəqəmləri avronun bahalaşmasına mane oldu. Hazırda 106 bənd hədlərində dalğalanan dollar indeksi 108 bənd həddinin üzərinə yüksəlsə, dollar dünya birjalarında yenidən güclənə bilər. Əks təqdirdə isə eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Digər tərəfdən, San-Fransisko, Klivlend və Kanzas Siti FED sədrlərinin faiz artımlarının davam edəcəyinə dair açıqlamaları isə birjalarda ciddi fikir ayrılıqlarına səbəb ola bilər.
Bu həftə Avropa Mərkəzi Bankının, eləcə də, FED-in son toplantısının protokollarının dərci, həmçinin Avrozonada, İngiltərədə və Amerikada açıqlanacaq Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
GBP
Ötən həftə İngiltərədə artımla açıqlanan inflyasiya göstəricilərindən sonra İngiltərə Mərkəzi Bankının sərt monetar siyasətinin davam etdiriləcəyi ehtimallarının daha da artması GBP/USD cütlüyünün kəskin bahalaşmasına səbəb oldu.
GBP/USD cütlüyündə qiymətlər 1,2000 hədləri üzərində möhkəmlənə bilsə, funt sterling dollar qarşısında 1,22 ABŞ dollara kimi bahalaşa bilər. Əgər 1,2000 müqaviməti qırılmasa, artım tendensiyası eniş trendi ilə əvəzlənə bilər.
TRY
Son 2 ayda üfüqi tendensiya sərgiləyən USD/TRY məzənnəsi 18,6 türk lirəsi həddi üzərində möhkəmlənərsə, lirə dollar qarşısında 19 lirəyə kimi ucuzlaşa bilər. Bu həftənin 4-cü günü Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı proqnozlaşdırılan kimi azalma ilə açıqlanarsa, USD/TRY cütlüyündə üfüqi tendensiya artım tendensiyası ilə əvəzlənə bilər.
GOLD
Dollar indeksinin kəskin ucuzlaşması fonunda qızıl yenidən 1 773 ABŞ dollarına kimi bahalaşsa da, burada müqavimətlə qarşılaşaraq 1 750 ABŞ dolları həddinə kimi gerilədi. Lakin dollar üzərində təzyiqlər artmaqda davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1 800 ABŞ dollarına kimi bahalaşa bilər. Qiymət 1750 ABŞ dolları səviyyəsinin altında qala bilsə, qızıl yenidən ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.