Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Çində koronavirus məhdudiyyətlərinə görə neft ucuzlaşıb

Baxış: 286
Çində davam edən koronavirus məhdudiyyətlərinə görə ucuzlaşıb.
“Sahibkartv.az” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 1,02 % ucuzlaşaraq 1 bareli 86,73 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti 0,86 % düşüb və 1 bareli 79,42 ABŞ dolları təşkil edib.
Bazarlar Çində koronavirusla bağlı vəziyyətin pisləşməsinə və Çin iqtisadiyyatına, eləcə də dolayı yolla neftə olan tələbə mənfi təsir göstərən koronavirus məhdudiyyətlərinə diqqət yetirir. Belə ki, həftəsonu Çində son 6 ayda ilk dəfə koronavirusdan ölüm halları qeydə alınıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.