Onun sözlərinə görə, Ermənistan ATƏT-in Minsk qrupunun fəaliyyətini davam etdirməsinə çox çalışıb: "Amma burada Prezident İlham Əliyev prinsipial və qətiyyətli formada öz mövqeyini ortaya qoyaraq ATƏT-in Minsk qrupunun fəəliyyətinin mümkünsüzlüyünü bildirdi. Bir müddət əvvəl Rusiya da bu məsələyə münasibət bildirmişdi, indi isə ABŞ. Bununla da Azərbaycan Qarabağla bağlı növbəti diplomatik qələbəsini təmin etmiş oldu və Ermənistanın bütün səylərinə baxmayaraq, heç bir fəaliyyəti olmayan ATƏT-in Minsk qrupunun bərpa etməsi və geri qaytarması mümkün olmadı".

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker ABŞ Senatının Beynəlxalq münasibətlər komitəsinin təşkil etdiyi “ABŞ-ın Qafqazdakı siyasətinin qiymətləndirilməsi” mövzusunda müzakirələr zamanı artıq ATƏT-in Minsk qrupunun olmadığını etiraf etməyin vaxtı çatdığını bildirib.
O, Minsk qrupu mexanizminin artıq işləmədiyini və Ermənistan-Azərbaycan arasında münasibətlərin nizamlanması prosesində ABŞ-ın hər iki ölkə ilə birbaşa təmasda olduğunu açıqlayıb.